Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir nəfəri cəzalandırmaqla, problemlər həll edilməz” - Hafiz Hacıyev 

Nazir təhsildən xəbəri olmayan bir adamdır, o gün mediada da kadrları yayılmışdı, yaxşı rəqs eləməyi var”.

Bu fikirləri müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının sızdırılmasından sonra Təhsil Nazirliyinin bununla bağlı qəti tədbirlər görməməsinə münasbət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu çərçivədə bir nəfərin cəzalandırılması ilə gözdən pərdə asmaq olmaz:

“Ümumiyyətlə, bu nazir təhsildən xəbəri olmayan bir adamdır. O gün mediada da kadrları yayılmışdı, yaxşı rəqs eləməyi var… Bilirsiniz, belə kadrlar dövlətə baş qaxıncıdırlar, dövlətə utanc gətirirlər. Bu da Azərbaycan təhsilini bərbad günə qoyub. Soruşmaq lazımdır ki, hansı yolla gəlib çıxdı bu posta… Təhsil naziri öz karyerasına orta məktəbdən başlamalıdır, addım-addım irəliləməlidir, təcrübə toplamalıdır.

İndi bu test suallarının sızması ilə bağlı bir nəfəri cəzalandırmaqla təhsildə olan problemlər həll edilməz. Çox təəssüf ki, təhsilimiz batıb. Allah özü bu vəziyyətdən çıxmaqda millətə kömək olsun. Nə qədər danışsaq da, hər şeyi deyə bilmirik. Ona görə də çalışırıq ki, mövcud problemlərin həlli üçün əlimizdən gəldiyi qədər dövlət başçısına kömək eləyək.

Onsuz da bizim vaxtilə dediklərimizin hamısı zaman-zaman öz təsdiqini tapır. Baxın, mənim neçə ay əvvəl dediyimi indi parlamentin vitse-spikeri Adil Əliyev də açıq şəkildə dilə gətirir ki, hakimiyyətin daxilində dövlət başçısının əleyhinə fəaliyyət göstərən qruplaşmalar var.

Həmin dəstələrdir, qruplardır ki, bu gün dövlətə xəyanət etməklə məşğuldurlar. Hərbçilərin əmək haqqını kəsirlər, qaziləri, təqaüdçüləri dövlətdən narazı salmaq üçün hər şey edirlər. Səhiyyə də təhsil kimi bərbad vəziyyətə salınıb. Nə vəziyyətdir ki, Lənkəranda icra hakimiyyəti başçısının müavini məktəbli qızı evində döyür və sair. Bu vəziyyətin yaranmasının səbəbləri ortaya çıxarılmalıdır. Yenə deyirəm, Allah özü bu millətə kömək olsun”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar